Bank Of Baku

Pakistandakı terrorda ölənlərin sayı 102-yə çatıb

Pakistandakı terrorda ölənlərin sayı 102-yə çatıb
# 10 iyul 2010 09:53 (UTC +04:00)
Bakı – APA. İyulun 9-da Pakistanın şimal-qərbində törədilmiş terror aksiyası nəticəsində ölənlərin sayı 102-yə çatıb. APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, Yakka-Hand yaşayış məntəqəsi administrasiya binasının önünə toplaşan və əlil arabasının paylanmasını gözləyən yüzlərlə adamın içərisinə motosikletlə daxil olan terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb. Şiddətli partlayış nəticəsində administrasiya binası, ətrafdakı onlarla mağaza, eləcə də yaxınlıqdakı həbsxananın divarı uçub. Yaralıların sayı 115 nəfərdir. Vəziyyətdən istifadə edən 28 məhkum qaçıb. Hadisə yerində xilasetmə işləri davam edir.

Hələlik heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR