Bank Of Baku

İsrail Qəzzaya gedən gəmini diplomatiya ilə dayandırmağa çalışır

İsrail Qəzzaya gedən gəmini diplomatiya ilə dayandırmağa çalışır
# 10 iyul 2010 23:39 (UTC +04:00)
Bakı-APA. İsrail yardım gətirməklə, onun Qəzza zolağındakı 3 illik blokadasına son qoymağa çalışan Liviya gəmisinin qarşısını almaq üçün diplomatik səylərə başlayıb.
APA-nın bbc.com agentliyinə istinadən verdiyi xəbərə görə, İsrailin BMT-dəki səfiri təşkilatın baş katibi Pan Ki Muna belə bir xahişlə yazılı müraciət edib.
Verilən məlumatlara istinadən, İsrailin xarici işlər naziri Avropa ölkələri ilə əlaqə saxlayaraq, son anda gəminin istiqamətini Qəzza zolağından Misirə yönəldilməsinə çalışır.
İsrail mətbuatında dərc edilən məktuba əsasən, İsrailin BMT-dəki səfiri Qabriela Şaley beynəlxalq ictimaiyyəti Qəzza zolağına yollanan gəminin qarşısını almaq məqsədilə, Liviyaya,qarşı təzyiqləri artırmağa səsləyib.
Verilən məlumatlara əsasən, səfir həmçinin blokadanı yaracağı təqdirdə yardım gəmisinə qarşı hər hansı hərəkət etmək hüququna malik olduğunu bəyan edib.
Gəmi Yunanistandan cümə günü yola düşüb.
İsrailin Qəzzadakı fələstinlilərə köməyə gələn xarici gəmilərlə qarşıdurmadan çəkindiyi indi aydın görünür.
Bu yayın əvvəlində İsrail Qəzzaya yardım daşıyan gəmi karvanındakı doqquz nəfər fələstinpərəstin öldürülməsi ilə, özünə qarşı dünya boyunca tənqidlərə rəvac vermişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR