Bank Of Baku

“Mavi Mərmərə” gəmisi otel ola bilər

“Mavi Mərmərə” gəmisi otel ola bilər
# 11 iyul 2010 04:58 (UTC +04:00)
Bakı-APA. İsrailin Hayfa şəhər bələdiyyəsinin başçısı Yohan Yahav İsrailin təhlükəsizlik naziri Ehud Baraka rəsmi məktubunda “Mavi Mərmərə” gəmisindən otel kimi istifadə etməyi təklif edib.

APA-nın CNNTURK-ə istinadən verdiyi xəbərə görə, Yahav bildirib ki, əgər İsrail gəmini müsadirə etmək qərarı çıxarsa onda Hayfa şəhərin ətrafında bu gəmini otel qismində işlətməsi məqsədə uyqundur.

«Fikrimcə bütün dinlərin nümayəndələrin dinc və əmin-amanlıq şəraitində yaşan Hayfa şəhərinin bu gəmiyə sahiblik etməsi simvolik məna daşıyardı», Yahavın məktubunda deyilir.

İsrail Türkiyənin Təl-Əviv-dən rəsmi üzr istəməsi və gəmidə ölənlərin qohumlarına təzminat ödəməsi tələbi ilə əlaqədar hələ gəmi ilə bağlı qərar çıxartmayıb.

“Mavi Mərmərə” mayın 31-də baş verən və 9 türk vətəndaşın ölümü ilə nəticələnən hadisədən sonra Aşdod limanına daha sonra Hayfa limanına aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR