Bank Of Baku

Təbrizdə bir ana 5 əkiz uşaq dünyaya gətirib

Təbrizdə bir ana 5 əkiz uşaq dünyaya gətirib
# 12 iyul 2010 10:44 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın Təbriz şəhərində 34 yaşlı ana 5 əkiz uşaq dünyaya gətirib. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, əkizlərdən biri oğlan, 4-ü isə qızdır. Ən ağır çəkiyə malik olan körpə 1 kilo 420 qram, ən az çəkiyə malik olan körpə isə 670 qramdır. Həkimlər hazırda onların vəziyyətinin yaxşı olduğunu bildirirlər. Ailənin 9 yaşlı bir qız uşağı da var.

Əkizlərin atası Məhəmməd Şüayi adi fəhlə olduğundan uşaqların gələcəyi üçün çox narahatdır. O bildirib ki, bir şirkətdə gözətçi işləyir və 350 dollar maaş alır: “Yetmiş kvadratmetrlik bir evdə yaşayırıq ki, onun da hər ay kreditini ödəməklə yanaşı, evin yeməyini güclə çatdırıram. Mənə 5 uşağın dünyaya gələcəyini həkimlər bildirmişdilər. Dövlət orqanlarına müraciət etmişəm. Hələlik heç bir orqan məktublarıma cavab verməyib. Ailəmin aqibəti üçün çox narahatam və xeyirxah insanlardan mənə yardım etmələrini istəyirəm”.

Qeyd edək ki, ailə milliyyətcə azərbaycanlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR