Bank Of Baku

KXDR və BMT qoşunlarının komandanlığı «Çxonan» korveti məsələsini müzakirə edəcəklər

KXDR və BMT qoşunlarının komandanlığı «Çxonan» korveti məsələsini müzakirə edəcəklər
# 13 iyul 2010 04:33 (UTC +04:00)
Bakı-APA. Bu gün Pxanmuncomda hərbisizləşdirilmiş zonada Koreya xalq ordusu və BMT qoşunları komandanlığının hərbi atəşkəs üzrə komissiyasının nümayəndələri Cənubi Koreyanın «Çxonan» korvetinin məhv olması məsələsini müzakirə edəcəklər. Komissiyanı Birləşmiş Ştatlar təmsil edəcəklər.

KXDR «Seul Şimal və Cənubun nümayəndə heyətləri arasında «Çxonan» problemini müzakirə etməkdən boyun qaçırdıqdan sonra ABŞ-ın belə bir görüş keçirmək barədə təklifini qəbul edib». Pxenyan Cənubi Koreyadan dəfələrlə məsələni araşdırmaq məqsədilə korvetin məhv olduğu əraziyə Şimali Koreyalı mütəxəssisləri buraxmağı tələb etsə də, həmişə etiraz cavabı alıb.

Mayın 20-də Seulda ekspert komissiyasının dərc etdiyi nəticələrə əsasən, «Çxonan» KXDR-nın sualtı qayığı tərəfindən məhv edilib. Pxenyan hadisədə əli olmadığını iddia edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR