Bank Of Baku

KXDR və BMT hərbçilərinin «Çxonan» korveti məsələsi ilə bağlı görüşü təxirə salınıb

KXDR və BMT hərbçilərinin «Çxonan» korveti məsələsi ilə bağlı görüşü təxirə salınıb
# 13 iyul 2010 05:03 (UTC +04:00)
Bakı-APA. Koreya xalq ordusu və BMT qoşunları komandanlığının hərbi atəşkəs üzrə komissiyasının nümayəndələrinin Cənubi Koreyanın «Çxonan» korvetinin məhv olması ilə bağlı bu gün keçirəcəkləri görüş təxirə salınıb. Komissiyanı təmsil edən ABŞ nümayəndələrinin sözlərinə görə, görüşü Pxenyan təxirə salıb. KXDR bunu inzibati səbəblərlə izah edib. Yeni görüşün vaxtı bilinmir.

Qeyd edək ki, KXDR «Seul Şimal və Cənubun nümayəndə heyətləri arasında «Çxonan» problemini müzakirə etməkdən boyun qaçırdıqdan sonra ABŞ-ın belə bir görüş keçirmək barədə təklifini qəbul edib». Pxenyan Cənubi Koreyadan dəfələrlə məsələni araşdırmaq məqsədilə korvetin məhv olduğu əraziyə Şimali Koreyalı mütəxəssisləri buraxmağı tələb etsə də, həmişə etiraz cavabı alıb.

Mayın 20-də Seulda ekspert komissiyasının dərc etdiyi nəticələrə əsasən, «Çxonan» KXDR-nın sualtı qayığı tərəfindən məhv edilib. Pxenyan hadisədə əli olmadığını iddia edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR