Bank Of Baku

Oğurlanaraq ABŞ-a aparılan iranlı nüvə enerjisi mütəxəssisi Pakistanın Vaşinqtondakı səfirliyindən sığınacaq istəyib

Oğurlanaraq ABŞ-a aparılan iranlı nüvə enerjisi mütəxəssisi Pakistanın Vaşinqtondakı səfirliyindən sığınacaq istəyib
# 13 iyul 2010 08:15 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. Səudiyyə Ərəbistanda Ümrə ziyarəti zamanı oğurlanıb ABŞ-a aparılan İranın nüvə enerjisi üzrə mütəxəssisi Şəhram Əmiri Pakistanın Vaşinqtondakı səfirliyindən sığınacaq istəyib. APA-nın “MEHR” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Şəhram Əmiri Pakistan səfirliyinə gələrək onun tez bir zamanda Tehrana göndərilməsini istəyib. Hazırda Şəhram Əmiri Pakistanın Vaşinqtondakı səfirliyindədir. Qeyd edək ki, İranın nüvə enerjisi mütəxəssisi Şəhram Əmiri 2009-cu ilin iyul ayında Səudiyyə Ərəbistanında Ümrə ziyarətində olarkən oğurlanıb və oradan da ABŞ-a aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR