Bank Of Baku

İranda “Çin divarı” cinayətkar qruplaşmasının 6 üzvü həbs edilib

İranda “Çin divarı” cinayətkar qruplaşmasının 6 üzvü həbs edilib
# 13 iyul 2010 10:00 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. Tehran sakinləri uzun müddətdir qorxu içində saxlayan “Çin divarı” adlı cinayətkar dəstənin 6 üzvü həbs edilib. APA-nın “FARS” agentliyinə istinadən yaydığı məlumata görə, əməliyyat zamanı polis atəş açaraq müqavimət göstərən dəstə üzvlərindən bir neçəsini yaralayıb. Bir neçə saat çəkən əməliyyatdan sonra dəstə zərərləşdirilib. Xatırladaq ki, “Çin divarı” adlanan bu dəstə 2 ilə yaxın banklara, qızıl dükanlarına, imkanlı vətəndaşlara silahlı basqınlar təşkil edib və qarətlə məşğul olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR