Bank Of Baku

Ramazan ayı ilə əlaqədar İsrail hökuməti fələstinlilər üçün bir sıra məhdudiyyətləri ləğv edib

Ramazan ayı ilə əlaqədar İsrail hökuməti fələstinlilər üçün bir sıra məhdudiyyətləri ləğv edib
# 11 avqust 2010 07:29 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Ramazan ayının başlanması ilə əlaqədar İsrail hökuməti İsrail ilə İordan çayının Qərb sahili arasında fələstinlilərin hərəkət etməsində bir sıra məhdudiyyətləri ləğv edib. APA-nın «RİA Novosti»yə istinadən məlumatına görə, Ramazan ayında 50 yaşından yuxarı olan ərəb kişilərə və 45 yaşından yuxarı qadınlara xüsusi icazə almayaraq Əl-Əksa məscidində namaz qılmaq üçün Qüdsə getməyə icazə veriləcək.
Adi halda İsrail ilə sərhədi keçmək və Şərqi Qüdsə getmək üçün fələstinlilər xüsusi buraxılış almalıdırlar.
Bundan əlavə Qərb sahili ilə sərhəddə İsrail sərhəd keçid məntəqələrinin bəzilərinin iş rejimi adi günlərdən artıq olacaq. Fələstin ərazilərində və İsrailin sərhəd keçid məntəqələrində xidmət edən İsrail əsgərlərinə tapşırıq verilib ki, gündüz saatlarında müsəlmanların girəcəyi yerlərdə qida və su qəbul etməsinlər, siqaret çəkməsinlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR