Bank Of Baku

Əfqanıstanın şərqində koalisiya hava hücumları nəticəsində azı 20 terrorçu məhv edilib

Əfqanıstanın şərqində koalisiya hava hücumları nəticəsində azı 20 terrorçu  məhv edilib
# 13 avqust 2010 01:56 (UTC +04:00)
Bakı-APA. NATO-nun bəyanatında deyilir ki, əməliyyat Əfqanıstanda hal-hazırda başlıca təhlükə kimi qiymətləndirilən Haqqani şəbəkəsini hədəf alıb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Əfqanıstanda təxminən 300 əfqan əsas yolu kəsərək Vardak vilayətinə NATO reydi zamanı mülki vətəndaşların qətlə yetirilməsi ilə bağlı etiraz aksiyası keçiriblər. NATO bildirib ki, əfqan və beynəlxalq birgə qüvvələri Taliban komandanını axtararkən Səyid Abadda bir neçə istehkama hücum ediblər. Əfqanıstanın şərqində koalisiya hava hücumları azı 20 silahlını məhv edib. Hücuma əmr koalisiya qüvvələri və əfqan əsgərləri Paktiya vilayətində onlarla silahlı ilə qarşılaşdıqdan sonra verilmişdir. Başqa bir hadisədə NATO bildirib ki, koalisiya qüvvələri cənubi Helmənd vilayətində terroristlərlə döyüşdə səhvən atəş açaraq bir əfqan qadını qətlə yetirib. NATO öz bəyanatında dərin təəssüf hissi keçirdiyini bildirərək deyib ki, təşkilat mülki vətəndaş itkilərinin heçə endirmək üçün diqqətin artırılmasına davam etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR