Bank Of Baku

İranın dövlət televiziyası daşqalaq cəzasına məhkum edilmiş qadının müsahibəsini yayıb

İranın dövlət televiziyası daşqalaq cəzasına məhkum edilmiş qadının müsahibəsini yayıb
# 13 avqust 2010 02:47 (UTC +04:00)
Bakı-APA. İranın dövlət televiziyası daşqalaq cəzasına məhkum edilmiş Səkinə Məhəmmədi Əştianinin ərinin ölümündən sonra iki kişi ilə cinsi əlaqədə olduğunu etiraf edən müsahibəsini dünən nümayiş etdirib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, müsahibə zamanı o, ərinin əmisi oğlu ilə əlaqədə olduğunu və onunla ərini öldürmək barədə söhbət apardığını deyib. Bundan əvvəl Əştiani ona qarşı irəli sürülən ittihamları danırdı. O, eləcə də, onun işi ilə bağlı məsələni ictimaiyyətə açıqladığına görə, hal-hazırda Norveçdən sığınacaq istəyən vəkilini tənqid edib. Əştianinin digər vəkilləri isə müsahibədən əvvəl onun iki gün işgəncələrə məruz qaldığını deyirlər.
Səkinə Əştianinin daşqalaqla ölüm cəzasına məhkum edilməsi cəza metodunun beynəlxalq ictimaiyyət tərəfindən tənqid edilməsindən sonra müvəqqəti olaraq ləğv edilib. Lakin İslam Respublikası hələ də ölüm cəzasını müttəhimi asmaqla icra edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR