Bank Of Baku

Türkiyədə hərbi konvoya hücum olub, 5 əsgər yaralanıb

Türkiyədə hərbi konvoya hücum olub, 5 əsgər yaralanıb
# 13 avqust 2010 04:55 (UTC +04:00)
Bakı-APA. Türkiyədə Hakkari vilayətində 15 maşından ibarət hərbi konvoya raket və avtomat silahlardan atəş açılıb, nəticədə 5 əsgər yaralanıb.
APA-nın IHA agentliyinə istinadən verdiyi xəbərə görə, konvoy Yüksekova şəhərindən Şemdinli istiqamətində hərəkət edirmiş. Konvoy şəhərdən çıxan zaman hücuma məruz qalıb. Yaralanan əsgərlərdən birinin vəziyyəti ağırdır.
Hadisə yerinə çox sayda təcili yardım briqadaları və polis dəstələri gəlib.
Terroristlərin axtarışına vertolyotlar da cəlb olunub.
Yaralılar dərhal Yüksekova Dövlət Xəstəxanasına çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR