Bank Of Baku

Koalisiya qüvvələrinin Əfqanıstanda verdiyi itkilər 2000 nəfəri keçib

Koalisiya qüvvələrinin Əfqanıstanda verdiyi itkilər 2000 nəfəri keçib
# 16 avqust 2010 07:27 (UTC +04:00)
APA-nın “Casualties.org” saytına istinadən yaydığı məlumata görə, 2001-ci ildən bu günədək keçirilən əməliyyatlarda ölən hərbçilərin sayı 2002 nəfər təşkil edib. Onlardan 1226 nəfəri amerikalı, 331 nəfəri britaniyalı və 445 nəfər isə koalisiyaya daxil digər ölkələrin təmsilçiləridir. Koalisiya qüvvələri ən çox itkini ötən il veriblər. 2009-cu ildə Əfqanıstanda 521 koalisiya təmsilçisi öldürülüb. Bu ilin 8 ayı ərzində öldürülən hərbçilərin sayı isə 434 nəfərə çatıb. Hazırda Əfqanıstanda ABŞ və digər NATO ölkələrinin 140 min hərbçisi xidmət keçir. Obama administrasiyasının planına əsasən gələn ilin iyulundan etibarən ABŞ Əfqanıstandan öz qoşunlarını çıxarmağa başlayacaq. Koalisiya qüvvələrinin səlahiyyətlərinin Əfqanıstan ordusu və polisinə verilməsi 2014-cü ilin sonunda başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR