Bank Of Baku

Türkiyə səfirliyində qalmaqal salan fələstinli Türkiyədən siyasi sığınacaq istəyirmiş

Türkiyə səfirliyində qalmaqal salan fələstinli  Türkiyədən siyasi sığınacaq istəyirmiş
# 17 avqust 2010 20:49 (UTC +04:00)
Bakı-APA. Türkiyə səfirliyində qalmaqal salan fələstinli Türkiyədən siyasi sığınacaq istəyirmiş, APA zman.com saytına istinadən xəbər verir.
Tel Avivdə Türkiyə səfirliyində atışma ilə nəticələnən qalmaqalı Ramallahdan olan 32 yaşlı Nadem Incaz törədib. O Türkiyədən siyasi sığınacaq istəyirmiş. Xəbər verilir ki, o dörd il əvvəl Britaniya səfirliyində təxribat həyata keçirməyə cəhd edib.
Türk səfirliyinin mühafizəçiləri onu ayağından yaralayıb.
Xəbər verilir ki, bir neçə ay əvvəl Incaz dustaq olarkən, İsrailin xüsusi xidmət orqanı ŞABAK ilə əməkdaşlıq etməyə məcbur edilib. Ancaq azad olunandan sona İsrail onun taleyinə biganə qalıb. İndi Incaz bildirib ki, Fələstin polisi tərəfindən izlənilir.
Səfirliyə daxil olan Incaz tapança və bıçaq ilə silahlanmış vəziyyətdə olub. O Türkiyədən siyasi sığınacaq verilməsini xahiş etmək istəyirmiş.
Bu dəqiqələrdə Türkiyə konsulu Incazla danışıqlar aparır.
Türkiyə səfirliyin mühafizəçiləri İsrailin təhlükəsizlik xidmət əməkdaşlarına səfirliyinin ərazisinə daxil olmağı qadağan ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR