Bank Of Baku

İran qərbdən daşqalaq işinə qatışmamağı tələb edir

İran qərbdən daşqalaq işinə qatışmamağı tələb edir
# 17 avqust 2010 22:53 (UTC +04:00)
Bakı-APA. Iran Qərb dövlətlərinə daşqalaqla edama məhkum edilmiş qadının məsələsinə qarışmamağı tələb edib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə,
Xarici İşlər Nazirliyinin nümayəndəsi Ramin Mehmanpərəst deyib ki, məhkum edilmiş canilərə dəstək vermək və onlara sığınacaq təklif etmək olmaz.
O bildirib ki, Braziliyanın Səkinə Məhəmməd Əştianiyə sığınacaq təklif etməsinin arxasında humanitar məqsədlərin durduğuna İranın əmin olduğunu bildirib.
Lakin o deyib ki, bu, İran və Braziliya arasında münasibətlərə xələl gətirmək üçün qərbin təşkil etdiyi plandır.
Bu həftənin əvvəlində İran prezidenti Mahmud Əhmədinejad da demişdi ki, İran Braziliyaya məhkum edilmiş caniləri yox, öz texnologiyasını ixrac etməkdə maraqlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR