Bank Of Baku

BMT dünya dövlətlərini Pakistanla bağlı vədlərinə əməl etməyə çağırıb

BMT dünya dövlətlərini Pakistanla bağlı vədlərinə əməl etməyə çağırıb
# 17 avqust 2010 23:37 (UTC +04:00)
Bakı-APA. BMT-nin bildirdiyinə görə, Pakistanda daşqın qurbanlarının yalnız bir hissəsi yardımla təmin olunub. APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, təşkilatın nümayəndəsi dövlətləri vədlərinə əməl etməyə çağırıb. Bu günədək təcili yardım üçün keçən həftə müraciət edilən 460 milyon dollarlıq vəsaitin yalnız 35% əldə edilib. Dünya Bankı 900 milyon dollarlıq yardım ayıracağını bildirib. Ayrılacaq pulun necə xərclənəcəyi barədə açıqlama verilməyib. Dünya Ərzaq Proqramının bildirdiyinə görə, su altında qalmış bir çox əraziyə yalnız vertolyotlarla getmək olur. Qrup bildiri ki deyir ki, daşqınlar başlayandan bəri onlar təxminən 1 milyon insanı bir aylıq ərzaqla təmin edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR