Bank Of Baku

Filippində avtobus dərəyə uçub, azı 35 nəfər ölüb

Filippində avtobus dərəyə uçub, azı 35 nəfər ölüb
# 18 avqust 2010 07:26 (UTC +04:00)
Bakı – APA. Filippinin Benget əyalətində avtobusun uçuruma yuvarlanması nəticəsində azı 35 nəfər ölüb. APA-nın “Filippin Daily İnquirer” qəzetinin saytına istinadən verdiyi məlumata görə, Bagio şəhərinə gedən sərnişin avtobusunun sürücüsü Sablan şəhəri yaxınlığındakı dağ yolunda qəflətən idarəetməni itirib və avtobus 10 metrdən çox dərinliyi olan dərəyə düşüb. Hadisə yerinə gələn polislər 35 nəfərin meyitini dərədən çıxarıblar. Daha 6 nəfər huşsuz vəziyyətdə xəstəxanaya aparılıb. Xilasetmə əməliyyatı davam edir. Avtobusda 48 sərnişin olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR