Bank Of Baku

ABŞ SQ-nin sonuncu briqadası İraqı tərk edib

ABŞ SQ-nin sonuncu briqadası İraqı tərk edib
# 19 avqust 2010 04:00 (UTC +04:00)
Bakı-APA. Bu gecə ABŞ Silahlı Qüvvələrinin sonuncu döyüş briqadası İraqdan Küveytə yola düşüb.

Daha öncə ABŞ prezidenti Barak Obama döyüş hissələrinin 2010-cu il avqustun 31-dək İraqı tərk edəcəyini bildirmişdi.

Lakin təxminən 50 min nəfər ABŞ hərbçisi gələn ilin sonunadək İraqda qalacaqlar. Onların vəzifəsi İraq hərbçilərinin əməliyyatlarının dəstəklənməsi olacaq. Bundan əlavə Amerika xüsusi təyinatlıları silahlıları izləyib məhv etməyə davam edəcək.

Pentaqonun hesablamalarına görə, 2003-cü ildə İraqda əməliyyat başlanandan ABŞ hərbçiləri 4415 min nəfər itiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR