Bank Of Baku

İran ABŞ və İsrailin dünyanın istənilən nöqtəsində olan obyektlərini vura biləcəyini bəyan edib

İran ABŞ və İsrailin dünyanın istənilən nöqtəsində olan obyektlərini vura biləcəyini bəyan edib
# 19 avqust 2010 14:17 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. “Amerika və İsrail bizə əməli surətdə hədə qorxu gələrsə, İrana gözlənilməz şəkildə hücum edərsə, biz istənilən ölkədə onların maraqlarına işləyən obyektləri vuracağıq”. APA-nın “İRNA” ya istinadən verdiyi məlumata görə, bu fikirlər İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı bəyanatda öz əksini tapıb. Bəyanatda bildirilir ki, qurum ali dini rəhbərin tövsiyələrini əsas tutaraq həmişə ölkənin keşiyində dayanıb: “Biz düşmənlərimizə fürsət verməyəcəyik. Biz dünyada və regionda sülhün və sabitliyin tərəfdarı olsaq da, təcavüzə qarşı biganə deyilik. Ölkəmizə qarşı hər hansı bir əməli hədə-qorxu olarsa, İsrail və Amerikanın obyektlərini vuraraq onları çox çətin bir vəziyyətə salacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR