Bank Of Baku

Çin ABŞ-ın Sarı dənizdə hər hansısa təlimlərdə iştirakına etiraz edib

Çin ABŞ-ın Sarı dənizdə hər hansısa təlimlərdə iştirakına etiraz edib
# 20 avqust 2010 23:03 (UTC +04:00)
Bakı-APA. Nüvə ilə gücləndirilmiş USS Corc Vaşınqton aviadaşıyıcısının Cənubi Koreya ilə gələn ay Sarı dənizdə donanma təlimlərində iştirakı sual altındadır. ABŞ hərbisinin Koreyadakı sözçüsü David Oten bu gün bildirib ki, böyük gəmi gələcək təlimlərdə Koreya yarımadasından təlimlərə qoşulacaq. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Çin isə ABŞ-ın Sarı dənizdə hər hansısa təlimlərdə iştirakına, əsasən də Corc Vaşınqtonun onun sahillərinə yaxınlaşmasına etiraz edib. Çin bu bölgədə mühüm limanlara və dəniz xətlərinə malikdir. ABŞ bu gün bildirib ki, planlaşdırılmış sualtı qayıq əleyhinə təlimlər müdafiə məqsədi daşıyır və Çin yox, Şimali Koreyaya qarşı yönəlir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR