Bank Of Baku

Pakistan Hindistanın 5 milyon dollarlıq ərzaq yardımını qəbul edib

Pakistan Hindistanın 5 milyon dollarlıq ərzaq yardımını qəbul edib
# 20 avqust 2010 23:57 (UTC +04:00)
Bakı-APA. Pakistan Hindistanın 5 milyon dollarlıq ərzaq yardımını qəbul edib. Pakistanın xarici işlər naziri Şah Mahmud Qureşi yardımı münasibətlərdəki gərginliyi aradan qaldırmaq istəyən tərəflər arasında müsbət addım kimi qiymətləndirib. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. ABŞ Pakistanı Hindistanın yardımını rədd etməməyə və daşqınlara məruz qalan 20 milyon insana yardım yolunda düşmənçiliyin dayanmasına yol verməməyə çağırmışdı. Dünən BMT-nin Baş Assambleyasında Pakistanla bağlı xüsusi yığıncaq keçirilib. Ötən həftə Pakistana səfər edən BMT-nin baş katibi Pan Gi Mun yığıncaqda vəziyyətlə bağlı çıxış edib və dünya ictimaiyyətini fəlakətə məruz qalanlara yardımlarını artırmağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR