Bank Of Baku

İran Qiyam-1 adlı raketi uğurla sınaqdan keçirib

İran Qiyam-1 adlı raketi uğurla sınaqdan keçirib
# 21 avqust 2010 00:48 (UTC +04:00)
Bakı-APA. İranın müdafiə naziri Əhməd Vahidi deyib ki, hərbiçilər yeni texnologiyaya malik Qiyam-1 raketini uğurla sınaqdan keçiriblər. İranın dövlət televiziyası Vahidiyə istinadən xəbər verir ki, Qiyam-1 raketi mükəmməl naviqasiya sisteminə malikdir və bu onun qarşısının alınması şansını azaldır. O, eyni zamanda bildirib ki, raket hədəfi yüksək dəqiqliklə vurmaq qabiliyyətinə malikdir. Vahidi bunu Tehranda cümə namazı zamanı qeyd edib. Fransa xəbər agentliyi Vahidiyə istinadən bildirib ki, Qiyam-1 adlı raketlərin qanadları yoxdur və taktiki qabiliyyətlərə malikdir. Lakin nazir sınağın nə vaxt, harada keçirildiyi və raketin dəqiq diapazonu barədə açıqlama verməyib. Yerli televiziya raketin havaya səhraya bənzər yerdən qalxdığını göstərib. Sınaq haqda məlumat Rusiya tərəfindən verilən yanacaqdan isitifadə edərək İranın Buşəhrdə atom elektrik stansiyasını işə salacağından bir gün əvvələ təsadüf edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR