Bank Of Baku

İsrail və Fələstin birbaşa danışıqları bərpa edirlər

İsrail və Fələstin birbaşa danışıqları bərpa edirlər
# 21 avqust 2010 04:16 (UTC +04:00)
Bakı-APA. İsrail və Fələstin Yaxın Şərq kvartetinin təklifini qəbul edərək 2008-ci ilin sonundan kəsilmiş birbaşa danışıqları bərpa etməyə razılaşıblar. Bu barədə ABŞ dövlət katibi Hillari Klinton bəyan edib.

Danışıqlar meydançası kimi Vaşinqton seçilib. İlk görüş bu il sentyabrın 2-nə planlaşdırılıb. Danışıqlarda İsraili baş nazir Binyamin Netanyahu, Fələstinin isə muxtariyyətin başçısı Mahmud Abbas təmsil edəcək. Bundan əlavə, Klintonun sözlərinə görə, danışıqlarda iştirak etmək üçün Misir prezidenti Hüsni Mübarək, İordaniya kralı II Abdulla və Böyük Britaniyanın keçmiş baş naziri Toni Blerə dəvət göndərilib.

Netanyahu və Abbas Şərqi Qüdsün statusunu və fələstinli qaçqınların qayıtması məsələlərini müzakirə edəcəklər.

Qəzza zolağın nəzarət edən HƏMAS hərəkatı artıq danışıqları tənqid atəşinə tutub. HƏMAS danışıqlar prosesinin Fələstin xalqının «axmaq yerinə qoyulması»nın növbəti mərhələsi adlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR