Bank Of Baku

Əfqanıstanda qarşıdurma zamanı polis işçiləri təsadüfən öldürülüb

Əfqanıstanda qarşıdurma zamanı polis işçiləri təsadüfən öldürülüb
# 22 avqust 2010 02:45 (UTC +04:00)
Bakı-APA. Əfqanıstandakı NATO qüvvələrinin bildirdiyinə görə, ölkənin şimalındakı Coujan vilayətinin Darzab mahalında yaraqlılarla baş verən qarşıdurma zamanı 3 əfqan polisi təsadüfən öldürülüb, bir neçəsi isə yaralanıb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, beynəlxalq alyans təhlükəsizlik qüvvələrinin yaraqlılar tərəfindən hücuma məruz qalmasından sonra havadan yardım istənildiyini və iki hərbi vertolyotun köməyə gəldiyini deyir. Hadisədən sonra aparılan təhqiqat hava hücumları zamanı təsadüfən ölənlərin Əfqanıstanın Milli Polis işçiləri olduqlarını təsdiq edib.
NATO-nun digər xəbərində isə ölkənin cənubunda, Taliblərın nəzarəti altında olan bölgədə yaraqlıların iki əsgəri qətlə yetirdiyi deyilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR