Bank Of Baku

Xəzərin İran sektorunda 136 nəfər boğulub

Xəzərin İran sektorunda 136 nəfər boğulub
# 23 avqust 2010 14:58 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. Xəzər dənizinin İrana aid hissəsinin çimərliklərində 2 ay ərzində 136 nəfər boğularaq ölüb. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bu barədə İranın Xəzər dənizi üzrə Xilasetmə İdarəsinin rəis müavini Behruz İsfəndiyari bildirib. Ən çox boğulma halı Mazandaran və Gilan vilayətlərinin dəniz sahillərində baş verib. Suda boğulanlar əsasən qadağan olunmuş yerlərdə, eləcə də gecə çimərkən boğulublar.
B. İsfəndiyari ümumilikdə 3083 nəfərin xilas edildiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR