Bank Of Baku

Filippində 24 sərnişini girov götürən sabiq polis kapitanı zərərsizləşdirilib, əməliyyat zamanı 20-yə yaxın girovun öldürüldüyü bildirilir

Filippində 24 sərnişini girov götürən sabiq polis kapitanı zərərsizləşdirilib, əməliyyat zamanı 20-yə yaxın girovun öldürüldüyü bildirilir
# 23 avqust 2010 15:24 (UTC +04:00)
APA-nın məlumatına görə, sərnişinləri girov götürən sabiq polis kapitanı hakimiyyətdən işə bərpa olunmasını və ona qarşı qaldırılmış cinayət işinə xitam verilməsini tələb edib. Avtobusu tərk etməyə müvəffəq olan sürücü terrorçunun girovlara atəş açdığını deyib. Hadisə yerini mühasirəyə alan polis danışıqlara getsə də, nəticə hasil olmayıb. Üç saat davam edən danışıqlardan sonra terrorçu altı nəfəri azad edib. Bir qədər sonra isə sabiq polis kapitanı iki xəbərdarlıq atəşi açıb və bildirib ki, ölümə məhkum olduğunu bilir, buna görə də polislər yaxınlaşacağı təqdirdə girovların hamısını öldürəcək. Polis son nəticədə avtobusu hücumla ələ keçirməyə qərar verib, hücum zamanı 55 yaşlı terrorçu öldürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR