Bank Of Baku

Birmanın baş naziri vətəndaşları namizədləri diqqətlə seçməyə çağırıb

Birmanın baş naziri vətəndaşları namizədləri diqqətlə seçməyə çağırıb
# 23 avqust 2010 23:35 (UTC +04:00)
Bakı-APA. Birmanın baş naziri əhaliyə müraciət edərək onları vətənpərvər namizədlərə səs verməyə və noyabr ayındakı seçki prosesinə əngəl törədə bilən dağıdıcı əməllərin əleyhinə çıxmağa çağırıb. Bu barədə APA voanews.com-a istinadən xəbər verir. Dövlətə məxsus Myanmarın Yeni İşığı qəzeti məlumat verib ki, baş nazir Teyn Seyn vətəndaşları namizədləri diqqətlə seçməyə çağırıb. Nazir insanları zəkalı, vətənpərvər və vəhdətin parçalanmamasını dəstəkləyən namizədlərə səs verməyə çağırıb. Hərbiçilər tərəfindən dəstəklənən, Teyn Seynin rəhbərlik etdiyi İttifaq Həmrəyliyi və İnkişaf Partiyasının hökumətlə əlaqələrinə görə noyabr ayının 7-nə nəzərdə tutulmuş seçkilərdə qalib gələcəyi gözlənilir. Birmanın müxalif Demokratiya Partiyasının rəhbəri Tu Vay bildirib ki, yeni seçki qaydalarında təsbit edilən maliyyə və maddi-texniki maneələrə görə bir neçə namizəd seçkilərdə iştirak edə bilməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR