İran raketlə silahlanmış iki növ kater istehsal etməyə başlayacağını bildirib

İran raketlə silahlanmış iki növ kater istehsal etməyə başlayacağını bildirib
# 24 avqust 2010 00:28 (UTC +04:00)
Bakı-APA. İran raketlə silahlanmış iki növ kater istehsal etməyə başladığı barədə açıqlama verib. Bu barədə APA voanews.com-a istinadən xəbər verir. İranın raketlə təchiz edilmiş iki katerinin istehsalına başlayacağı xəbəri ölkənin uzaq mənzilli bombardmançı pilotsuz təyyarəsini nümayiş etdirməsindən bir gün sonraya təsadüf edir. İran prezidenti Mahmud Əhmədinejad İranın bomba hücumları həyata keçirən pilotsuz təyyarəsinin İranın düşmənlərinə qarşı nəzərdə tutulduğunu deyib.

İranın müdafiə naziri Əhməd Vahidi deyib ki, raketli katerlərdən biri, sürətli hücuma malik olan Serac-1 pis havada da fəaliyyət göstərə bilər, Nəsr raketi ilə təchiz edilmiş Zülfüqar adlı katerdən düşmən gəmilərinə hücumlar nəzərdə tutulur.

Son həftələr İran özünümüdafiə məqsədi ilə hərbi texnikasını təkmilləşdirdiyini nümayiş etdirir. Keçən həftə Qiyam -1adlı yer-hava raketi sınaqdan keçirilib. Bu ayın əvvəlində isə Tehran yeni Qadir adlı sualtı qayıq sərgiləyərək onun İran Körfəzinin dayaz sularında fəaliyyət göstərə bildiyini və radardan yayındığını elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR