Bank Of Baku

Pentaqon Əfqanıstanda üç yeni aviabaza tikməyi planlaşdırır

Pentaqon Əfqanıstanda üç yeni aviabaza tikməyi planlaşdırır
# 24 avqust 2010 02:56 (UTC +04:00)
Bakı-APA. Pentaqon Əfqanıstanda üç yeni aviabaza tikməyi planlaşdırır. Aviabazaların hər biri ABŞ büdcəsinə təxminən yüz milyon dollara başa gələcək. Hərbi idarənin bu planları haqqında “Vaşinqton Post” qəzeti xəbər verib.
Qəzetin məlumatına görə, layihə 2011-ci ilin ikinci yarısında reallaşacaq və tezliklə ABŞ və əfqan Hərbi Hava Qüvvələrinin sərəncamına veriləcək. Bazalardan biri Kabuldan şimalda Şindanda açılacaq. Həmin aviabaza xüsusi əməliyyatlarda iştirak edən vertolyotlar və pilotsuz uçan aparatlar üçün nəzərdə tutulacaq Onun ərazisində ofis, 60 nəfərlik kazarma və digər obyektlər də tikiləcək.

İkinci bazanın Gilmənd, üçüncünün isə Məzari-Şərifdə yerləşdirilməsi nəzərdə tutulur. Məzari-Şərifdəki aviabazada əfqan silahlı qüvvələri üçün yeni regional təlim mərkəzinin açılması da planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR