Bank Of Baku

HƏMAS lideri Fələstin- İsrail danışıqlarını boykot etməyə çağırıb

HƏMAS lideri Fələstin- İsrail danışıqlarını boykot etməyə çağırıb
# 25 avqust 2010 01:54 (UTC +04:00)
Bakı-APA. Suriyada yaşayan HƏMAS-ın rəhbəri Halid Meşaal, Misir və İordaniya liderlərini Vaşinqtonda keçiriləcək Fələstin - İsrail danışıqlarını boykot etməyə çağırıb.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, danışıqlar sentyabrın 2-nə təyin olunub. Danışıqlarda iştirak etmək üçün Misir prezidenti Hüsnü Mübarək və İordaniyanın kralı Abdullah dəvət edilib.
HƏMAS lideri Suriyada çıxış edərkən deyib ki, Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas "çox zəifdir" və "fələstinliləri zərbə altına qoya biləcək İsrailə güzəştə gedə bilər".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR