Bank Of Baku

İran-Türkiyə qaz kəmərində partlayış olub

İran-Türkiyə qaz kəmərində partlayış olub
# 25 avqust 2010 09:46 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İran-Türkiyə qaz kəmərinin Türkiyənin Ağrı vilayətindən keçən hissəsində partlayış olub. APA-nın “İRİNN” agentliyinə istinadən verdiyi məlumata görə, partlayış Ağrının Çatal Pınar kəndində, İran sərhədi yaxınlığında baş verib. Partlayışdan sonra yanğın başlayıb. Hündürlüyü 100 metrə çatan alov 60 kilometr məsafədən görünür. Hadisədən sonra Türkiyə tərəfi qazı kəmərini bağlayıb.

Qeyd edək ki, İranla Türkiyə arasında 2500 kilometr uzunluğunda qaz kəməri mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR