Bank Of Baku

İran vətəndaşları Taylandda narkotik qaçaqmalçılığına görə həbs edilib

İran vətəndaşları Taylandda narkotik qaçaqmalçılığına görə həbs edilib
# 27 avqust 2010 08:14 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. 5 İran vətəndaşı Tayland hava limanında narkotik qaçaqmalçılığına görə həbs edilib. APA-nın “İRNA”ya istinadən verdiyi məlumata görə, İran vətəndaşları hava limanında Banqkok şəhərinə narkotik keçirərkən bu ölkənin polisi tərəfindən saxlanılıb. Gömrük polisi qaçaqmalçıları tutmaq üçün hava limanında ayrı-ayrılıqda 3 əməliyyat keçirib. Qaçaqmalçılarından 1.3 milyon dollarlıq 3.12 kiloqram kristal metafitamin aşkar edilərək götürülüb. Həbs edilənlərin adları da açıqlanıb. Onlar Məhəmmdrza Mühaciri, Davud Səlimi Zəncani, İbrahim Curkeş, Seeyid Əhməd Mirbozorgi və Məcid Əsgərpur. Qaçaqmalçıların Taylanda Suriyanın paytaxtı Dəməşqdən, Oman hava yolları ilə getdikləri bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR