Bank Of Baku

Təbrizdə sərnişin təyyarəsi qəzaya uğrayıb

Təbrizdə sərnişin təyyarəsi qəzaya uğrayıb
# 27 avqust 2010 11:34 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranda paytaxt Tehrandan Təbrizə uçan “Foker 100” tipli sərnişin təyyarəsi Təbriz hava limanına endikdən sonra qəzaya uğrayıb. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, hava yağışlı olduğundan təyyarə endikdən sonra sürüşərək uçuş-enmə zolağından çıxıb. Təyyarə zolağın kənarındakı maneələrə çırpılıb. Nəticədə 2 sərnişin yaralanıb.

Qeyd edək ki, Təbriz hava limanı artıq 57 ildir fəaliyyətdədir. Hava limanından hər gün 16 istiqamətə sərnişin təyyarəsi yola salınır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR