Bank Of Baku

Əfqanıstanın şərq və cənub bölgələrində 3 NATO əsgəri həlak olub

Əfqanıstanın şərq və cənub bölgələrində 3 NATO əsgəri həlak olub
# 28 avqust 2010 01:07 (UTC +04:00)
Bakı-APA. NATO Əfqanıstanın şərq və cənub bölgələrində 3 əsgərinin həlak olduğunu bildirir. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Əfqan rəsmilərinin dediklərinə görə, dünən Gündüz vilayətində bomba partlayışı iki polis zabiti və iki mülki vətəndaşın ölümünə, habelə 4 adamın yaralanmasına səbəb olub. NATO həmçinin dünən qiyamçıların hərbi posta qarşı hücumuna cavab verilərkən mülki vətəndaşların öldürüldüyünə dair iddiaların araşdırıldığını bildirib. Kunar vilayətinin polis rəisi Fransa xəbər agentliyinə NATO-nun hücumu nəticəsində 6 uşağın həlak olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR