Bank Of Baku

Honq Konqda on minlərlə insan etiraz aksiyası keçirib

Honq Konqda on minlərlə insan etiraz aksiyası keçirib
# 30 avqust 2010 23:29 (UTC +04:00)
Bakı-APA. Honq Konqda on minlərlə insan keçən həftə 8 honqkonqlu turistin ölümü ilə nəticələnən xilas əməliyyaatlarına etiraz olaraq aksiya keçirib. Bu barədə APA voanews.com-a istinadən xəbər verir. Ölənlər sabiq Filippin polis zabiti tərəfindən ələ keçirilən avtobusda olub. 12 saat sürən qarşıdurmadan sonra polis avtobusu girov götürən şəxsi öldürmüşdü. Lakin polis onun atəş açmasından əvvəl lazımi ölçülərə əl atmamışdı. Ağ və qara geyən nümayişçilər Filippin hökumətini polisin uğursuz əməliyyatının araşdırılmasına çağırıb. Filippin prezidenti Benigno Aquino üzr istəyib və hadisə ilə bağlı təhqiqat aparıldığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR