Bank Of Baku

ABŞ-ın vitse-prezidenti İraqa gəlib

ABŞ-ın vitse-prezidenti İraqa gəlib
# 31 avqust 2010 00:17 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın vitse-prezidenti Co Bayden Obama administrasiyasının döyüş əməliyyatlarına rəsmən son qoyması ərəfəsində İraqa gəlib. Bu barədə APA voanews.com-a istinadən xəbər verir. ABŞ səfirliyinin işçiləri müxbirlərə bildiriblər ki, Baydenin təyyarəsi Bağdad aeroportuna yerli vaxtla axşam saat 6-da enib. Bu gün prezident Barak Obamanın Amerika qüvvələrinin İraqdan çıxarılması ilə bağlı nitq söyləyəci gözlənilir. 2007-ci ildə 170 minə çatmış ABŞ hərbi kontingentindən İraqda yalnız 50 min qalacaq. Əlavə olaraq bundan sonra İraq qüvvələri tərəfindən xahiş edilmədiyi təqdirdə ABŞ qüvvələri hərbi əməliyyatlar keçirməyəcəklər. Baydenin İraqda siyasi liderlərlə görüşərək ABŞ-ın İraqın gələcəyindəki rolunu müzakirə edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR