Bank Of Baku

Əfqanıstanda terrorçular beş amerikalı əsgəri qətlə yetirib

Əfqanıstanda terrorçular beş amerikalı əsgəri qətlə yetirib
# 01 sentyabr 2010 02:42 (UTC +04:00)
Bakı-APA. NATO Əfqanıstanda ayrı-ayrı hücumlar nəticəsində terrorçuların beş amerikalı əsgəri qətlə yetirdiklərini bildirib. APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, əsgərlərdən dördü bu gün şərqdə yolkənarı partlayışı nəticəsində həlak olub. Əsgərlərin biri isə cənubda yaraqlılar tərəfindən hücum zamanı həlak olub. Dünən cənubda yolkənarı partlayış nəticəsində yeddi ABŞ əsgəri də daxil olmaqla, səkkiz alyans hərbiçiləri həlak olub. Əfqanıstandakı ABŞ və NATO qüvvələrinin rəhbəri bildirib ki, qoşunları növbəti il çıxartmağa başlamaq planı o demək deyil ki, təhlükəsizlik əfqan qüvvələrinə həvalə ediləcək. General Deyvid Petreas deyib ki, 2011-ci ilin iyul ayı prezident Barack Obamanın bəyan etdiyi kimi ABŞ əsgərlərinin Əfqanıstandan çıxarılması, müttəfiq qüvvələrinin “seyrəlməsi” olacaq. Petreas eyni zamanda bildirib ki, cənab Obamanın Əfqanıstana göndərişinə qərar vermiş əlavə 30 min əsgərin sonuncuları növbəti bir neçə gündə Əfqanıstana gələcəklər. Beləliklə, Əfqanıstanda ABŞ əsgərlərinin sayı 150 minə çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR