Bank Of Baku

İordan çayının Qərb sahilində 200-dən artıq HAMAS üzvü həbs olunub

İordan çayının Qərb sahilində 200-dən artıq HAMAS üzvü həbs olunub
# 01 sentyabr 2010 14:30 (UTC +04:00)
Qüds-APA. Fələstin hüquq-mühafizə orqanları İordan çayının Qərb sahilində HAMAS-ın 200-dən artıq üzvünü həbs ediblər. APA-nın məlumatına görə, həbslər əsasən İsrail vətəndaşlarının güllələndiyi Xevron şəhərində aparılıb. Hazırda həbs olunan HAMAS üzvləri istintaqa cəlb olunub. Xatırladaq ki, içərisində 4 İsrail vətəndaşı olan avtomobil avqustun 31-də silahlı hücuma məruz qalıb. Sərnişinlərin hamısı hadisə yerində keçinib, terror aktına görə məsuliyyəti öz üzərinə HAMAS götürüb. Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas bu terror aktını pisləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR