Bank Of Baku

Pakistan qırıcı təyyarəsi yaraqlıların gizli qərargahlarına hücum edib

Pakistan qırıcı təyyarəsi yaraqlıların gizli qərargahlarına hücum edib
# 01 sentyabr 2010 23:25 (UTC +04:00)
Bakı-APA. Pakistan rəsmiləri bildirib ki, şimal-qərbdi qəbilə regionunda yaraqlıların gizli qərargahlarına qarşı hava hücumları nəticəsində bir neçə mülki vətəndaş da daxil olmaqla, azı 60 nəfər həlak olub. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Dünən Pakistanın qırıcı təyyarəsi Xeybər regionunun Tirah vadisindəki gizli qərargaha hücum edib. Pakistan rəsmiləri hava hücumu nəticəsində yaraqlılarla bərabər qadın və uşaq da daxil olmaqla, onların ailə üzvlərinidən bəzilərini qətlə yetirdiyini bildirib. Qətlə yetirilən mülki vətəndaşların dəqiq sayı məlum deyil. Rəsmilər yaraqlıların ailə üzvlərindən qalxan kimi istifadə etdiklərini bildiriblər. Hava hücumu hökumət qüvvələrinin ötən il Svat basqınından sonra Xeybər regionuna qaçan yaraqlıları hədəf alıb. Rəsmilər bildirib ki, hədəf yaraqlıların təlim mərkəzi, radio stansiyası və intihar bombaları üçün avtomabillər hazırlanan yerlər olub. Yaraqlıların Peşəvar və Xeybərin Paktunkva vilayətlərində gələn günlərdə intihar hücumlarına hazırlaşdıqları təxmin edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR