Bank Of Baku

Pərviz Müşərrəf partiya yaradır

Pərviz Müşərrəf partiya yaradır
# 15 sentyabr 2010 10:03 (UTC +04:00)
Bakı – APA. Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf yeni siyasi partiya yaratdığını elan etməyə hazırlaşır. APA-nın Pakistan mətbuatına istinadən verdiyi məlumata görə, Honkonqda keçirilən iqtisadi konfransda qatılan P. Müşərrəf jurnalistlərə açıqlamasında siyasətə dönəcəyini açıqlayıb: “Mən öz partiyamı oktyabrın 1-də təqdim edəcəyəm. Biz Pakistanda yeni siyasi mədəniyyətin formalaşmasına çalışmalıyıq”.


P. Müşərrəfin partiyasının Ümumpakistan Müsəlman Liqası (All Pakistan Muslim League) adlanacağı bildirilir. Xatırladaq ki, o, 2008-ci il avqustun 18-də impiçment təhlükəsi üzündən prezident vəzifəsindən istefa verib və hazırda Londonda yaşayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR