Bank Of Baku

Tehran şəhər baş prokuroru: “Rəfsəncaninin oğluna güzəştə getməyəcəyik”

Tehran şəhər baş prokuroru: “Rəfsəncaninin oğluna güzəştə getməyəcəyik”
# 15 sentyabr 2010 10:24 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. “Biz İslam qanunlarına tabeyik, fitnəkarlar bilməlidirlər ki, onların kimliyindən asılı olmayaraq ağır şəraitdə mühakimə olunacaqlar”.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Tehran şəhər baş prokuroru Abbas Cəfəri Dövlətabadi deyib. O bildirib ki, ötən il İranda prezident seçkiləri ilə əlaqədar fitnə törədənlər, o cümlədən İranın sabiq prezidenti Haşimi Rəfsəncaninin oğlu Mehdi Haşimi xaricİ ölkədə olmasına baxmayaraq müttəhim olaraq tanınıblar və məhkəməyə cəlb ediləcəklər. Baş prokuror müxalifət liderlərindən olan Mehdi Kərrubinin evinin qarşısında toplanaraq ictimai asayişi pozan 100 nəfərin barəsində isə onlara rəsmi sənədin daxil olmadığını bildirib.

Qeyd edək ki, Haşimi Rəfsəncaninin oğlu Mehdi Haşimi İranda dövlət əmlakını şəxsi mənafeyi üçün istifadə etdiyi və 2009-cu il prezident seçkilərində müxalifətlə əlbir olub dövlət əleyhinə çağırışlarda iştirak etdiyi üçün barəsində Tehran prokurorluğunda cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR