Bank Of Baku

Pakistanın şimal-qərbində keçirilən əməliyyat nəticəsində 14 silahlı öldürülüb

Pakistanın şimal-qərbində keçirilən əməliyyat nəticəsində 14 silahlı öldürülüb
# 15 sentyabr 2010 11:10 (UTC +04:00)
Bakı - APA. Sentyabrın 15-də səhər ABŞ-ın pilotsuz təyyarələri qanunsuz silahlı qrupların Pakistanın şimal-qərbində yerləşən düşərgələrinə raket zərbəsi endirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, gün ərzində sayca üçüncü olan əməliyyat nəticəsində 14 nəfər öldürülüb.

Əməliyyat Pakistanın Şimali Vəziristan vilayətinin mərkəzi Miranşah şəhərinin yaxınlığındakı Dərgah Məndi yaşayış məntəqəsinin ərazisində keçirilib. ABŞ-a məxsus pilotsuz təyyarələr silahlıların bu ərazidə yerləşən 2 düşərgəsinə 10-dan artıq raket zərbəsi endirib.

Qeyd edək ki, Şimali Vəziristan qəbilələrin məskunlaşdığı zonadır. Burada ölkə qanunları işləmir. Bu coğrafiyada “Taliban”ın düşərgələri yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR