Bank Of Baku

İran Konstitusiyasını hazırlayan şəxsin oğlu dövlətə qarşı çıxmaq ittihamı ilə həbs edilib

İran Konstitusiyasını hazırlayan şəxsin oğlu dövlətə qarşı çıxmaq ittihamı ilə həbs edilib
# 14 oktyabr 2010 14:09 (UTC +04:00)
Bakı Süleyman Fərzəliyev-APA. İranın Xobreqan Məclisinin üzvü Ayətullah Əbülqasim Xəzəlinin oğlu Mehdi Xəzəli Tehran polisi tərəfindən saxlanılıb. APA-nın “FARS” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, M. Xəzəli dövlət əleyhinə təbliğatda, ümumi fikri dövlətə qarşı yönəldən yazılar nəşr etməkdə, eləcə də İran prezidenti Mahmud Əhmədinejadın haqqında əsassız xəbərlər yaymaqda təqsirləndirilir.
Qeyd edək ki, Mehdi Xəzəlinin atası Ayətullah Əbülqasim Xəzəli İran İslam Respublikasının Əsas Qanununu hazırlayanlardan biridir. Ayətullah Xəzəli hazırda İranın Xobreqan Ekspertlər Məclisinin üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR