Bank Of Baku

Əfqanıstanda beş NATO əsgəri həlak olub

Əfqanıstanda beş NATO əsgəri həlak olub
# 14 oktyabr 2010 22:22 (UTC +04:00)
Bakı-APA. NATO nümayəndələri bildiriblər ki, Əfqanıstanda baş verən ayrı-ayrı hücumlar nəticəsində koalisiyanın 5 əsgəri həlak olub.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, yolkənarı bomba partlayışı nəticəsində bir insidentdə NATO-nun üç əsgəri, başqasında isə bir əsgəri həlak olub. Əfqanıstanın şərqində isə yaraqlıların hücumu nəticəsində bir NATO əsgəri öldürülüb. Çərşənbə günü isə 6 NATO əsgəri həlak olub. NATO komandirləri qiyamçılara qarşı hücum əməliyyatlarının intensivləşdiyi bir vaxtda koalisiya qüvvələrinin itkilərinin çoxaldığını bildirir. Təkcə bu ay 35 NATO əsgəri həyatını itirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR