Bank Of Baku

İsrail təyyarələri Livan üzərindəki səs maneəsini yarıblar

İsrail təyyarələri Livan üzərindəki səs maneəsini yarıblar
# 15 oktyabr 2010 23:19 (UTC +04:00)
Bakı-APA. İsrail qırıcıları cümə günü Şərqi Livandakı Bekaa vadisi üzərində peyda olaraq «Hizbullah» təşkilatının milisinin qərargahı yerləşən Baalbek şəhəri üzərindəki səs maneəsini keçiblər. Bu barədə Livan müdafiə nazirliyindəki mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, İsrail pilotları gün ərzində orta və aşağı hündürlüklərdə Livan səmasında manevrlər ediblər. Onlar Arkub və İqlim ət-Tuffah rayonlarına, həmçinin Nəbatiyyə, Mərcayun və Əl-Hiyam şəhərlərinə hücumu imitasiya ediblər. Bu aksiya sakinlər arasında təşvişə səbəb olub.

Beyrut analitikləri İsrail hərbçilərinin fəallığını İran lideri Mahmud Əhmədinecatın Livana səfəri zamanı səsləndirdiyi sərt antiisrail bəyanatları ilə əlaqələndirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR