Bank Of Baku

Çində və Yaponiyada nümayişlər keçirilib

Çində və Yaponiyada nümayişlər keçirilib
# 17 oktyabr 2010 00:45 (UTC +04:00)
Bakı-APA. Çin və Yaponiyada Şərqi Çin dənizində yerləşən adalara sahibkarlıq üzərində cərəyan edən mübahisə ilə bağlı nümayişlər keçirilib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Çinin Şian, Çenqdu və Jenqjou şəhərlərindəki nümayişlər daha böyük olub. Minlərlə çinli ölkələrinin adalar üzərindəki suverenliyini vurğulamış və yapon məhsullarına baykot qoyulmasına səsləmişlər. Xəbər agentlikləri etiraz aksiyalarının nisbətən dinc keçdiyini xəbər verib. Bununla belə iki yapon şirkəti Çenqdudakı mağazalarının vitrinlərinin sındırıldığını bildirirlər. Tokyoda 3000-ə yaxın nümayişçi Çinin adalara “müdaxiləsinə” etiraz edib. Adalar qrupu Yaponiyanın Okinava vilayəti ilə Tayvan arasında yerləşir. Çinlilər arxipelaqı Diaoyu Adaları, yaponlar isə Senkaku Adaları adlandırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR