Bank Of Baku

Vanda toplu məzar aşkarlanıb

Vanda toplu məzar aşkarlanıb
# 19 oktyabr 2010 23:27 (UTC +04:00)
Bakı-APA. Türkiyənin Van bölgəsinin Yanıkçay kəndində aparılan qazıntılar zamanı 25 adama aid sümüklər tapılıb.
APA-nın IHA agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyəli professor Cevat Bacaran bildirib ki, “Ermənilər tərəfindən həyata keçirilən qırğının miqyası Yanıkçayda aşkarlanan toplu məzarın timsalında bir daha üzə çıxdı”.
Van Muzeyi, Ərzurum Atatürk Universitetin Arxeologiya şöbəsi və Yüzüncü İl Universiteti Antropologiya şöbəsinin üzvləri tərəfindən səhər saatlarında Gevaş bölqəsində Yanıkçay kəndində arxeoloji qazıntı aparılıb. Bacaran və Van Muzeyinin Müdiri Harun Küçükaydın ilə birlikdə 20 nəfərdən ibarət qrup, kəndin yaşlı adamları tərəfindən göstərilən sahədə qazıntı aparır. Aparılan qazıntıda 25 kişi, qadın və uşağa aid olduğu müəyyən olunan sümüklər tapılıb. Qazıntı ilə əlaqədar Cevat Bacaran, deyib ki, tapılan sümüklər yaşlı, gənc və çox sayda uşaq, kişi və qadınlara aid skeletlərdi. Bəzi qadınlarda ipək çadra olduğundan saçları qorunaraq saxlanılıb.

Bir skeletin barmağında üzük var, bəzilərinin əynində geyim parçaları, muncuq, bilərzik parçası hətta duxi qabı tapılıb. Onun fikrincə bu adi məzar deyil, toplu məzardır. Apardığımız araşdırmada iki çuxurda təxminən 150-ə yaxın adamın toplu halda basdırıldığı aydın olmaqdadır", - o deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR