Bank Of Baku

İran onun təyyarələrinə yanacaq doldurmaqdan imtina edən Avropa ölkələrinə qarşı tədbirlər həyata keçirəcək

İran onun təyyarələrinə yanacaq doldurmaqdan imtina edən Avropa ölkələrinə qarşı tədbirlər həyata keçirəcək
# 21 oktyabr 2010 04:56 (UTC +04:00)
Bakı-APA. İran hakimiyyəti ölkənin sərnişin təyyarələrinə bir sıra Avropa ölkələrində yanacaq doldurulmasından imtina edilməsinə qarşılıq olaraq cavab tədbirlərinə əl ata bilər. İranın yollar və nəqliyyat naziri Həmid Behbahani belə bir bəyanatla çıxış edib.

«İran təyyarələrinə yanacaq doldurulmasından imtina edilməsi qeyri-qanunidir və biz onu qəbul etməyəcəyik. Bu məsələ öyrənilməlidir və biz nəticəyə gələn kimi tədbir görəcəyik», deyə Behbahani bildirib.

Qeyd edək ki, 1-2 gün öncə Londonun «Hitrou» hava limanında İran təyyarələrinə yanacaq doldurulmaqdan imtina edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR