Bank Of Baku

İran genişmiqyaslı hərbi təlimlərə başlayacaq

İran genişmiqyaslı hərbi təlimlərə başlayacaq
# 21 oktyabr 2010 13:55 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İranın quru qoşunları yaxın zamanlarda İlam və Xozestan vilayətlərində genişmiqyaslı təlimlərə başlayacaq. APA-nın “İRNA” ya istinadən verdiyi məlumata görə, bu sözləri İranın quru qoşunlarının komandanı Əhmədrza Purdastan deyib. O bildirib ki, bir həftə davam edən təlimlərdə pilotsuz təyyarələr, raketlər, eləcə də hərbi sahəyə dair bütün komponentlərdən istifadə olunacaq: “Ölkəmiz elm və texnologiya sahəsində sürətlə inkişaf edir. Biz bunu orduda da göstərəcəyik. Ordumuzu həmişə döyüşə hazır vəziyyətdə saxlayacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR