Bank Of Baku

Əfqanıstanda parlament seçkilərində verilmiş bir milyondan çox səs etibarsız sayılıb

Əfqanıstanda parlament seçkilərində verilmiş bir milyondan çox səs etibarsız sayılıb
# 21 oktyabr 2010 18:03 (UTC +04:00)
Bakı-APA. Əfqanıstanda Müstəqil Seçki Komissiyası, sentyabrın 18-də keçirilən parlament seçkilərində verilən səslərin təxminən dörddə birinin etibarsız sayıldığını açıqlayıb. Rəsmi nəticələrin noyabr ayının ortalarında açıqlanması gözlənilir. Seçkilərdə təxminən 2 min 500 namizəd, parlamentdəki 249 yer uğrunda mübarizə aparmışdı.
Seçkilərdə saxtakarlıq faktlarına dair təxminən 5 min şikayətlə müraciət olunub. Saxtakarlıq faktlarını Seçki komissiyasının sədri Fazil Əhməd Mənəvi də etiraf edib: «Bir çox nüfuz sahibi olan insanların seçkiləri saxtalaşdırmağa cəhd etdiklərini inkar edə bilmərik. Ona görə də bir milyondan çox səs etibarsız sayıldı».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR